Fransa ABŞ təyyarələrinə icazə verdi

1772727132_rau88sutsco2xhm5poblhdimi8adahgw

Fransa rəsmi şəkildə ABŞ aviasiyasının Yaxın Şərq regionunda yerləşən hərbi obyektlərindən istifadə etməsinə müvəqqəti razılıq verib.

Bu barədə AFP agentliyi Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Baş Qərargah rəsmisi bildirib:

“ABŞ ilə əməkdaşlığımız çərçivəsində onların hərbi təyyarələrinin regiondakı bazalarımızda yerləşməsinə müvəqqəti olaraq imkan yaradılıb”.

Məlumata əsasən, həmin təyyarələr Fransanın bölgədəki müttəfiqlərinin müdafiəsini gücləndirmək məqsədilə fəaliyyət göstərir. Hərbi bazaların dəqiq yerləşdiyi ərazilər barədə isə məlumat açıqlanmayıb.