Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində kütləvi qəza olub.

Sprint yarışının sonunda xaos yaşanıb.

Bir neçə bolid bir-birinə dəyərək trasdan çıxıb.

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 26-da başa çatacaq.

***

“Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb.

Mübarizəni birinci pillədə başa vuran pilot müəyyənləşib.

“Dams Lukas Oil” komandasından Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.

“Trident”dən Laurens Van Hoepen ikinci yeri tutub. “Rodin Motorsport”dan Aleks Dann üçüncü olub.

***

“Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

Məlumatına görə, mübarizəyə saat 08:15-də start verilib.

Bu gün ikinci dərəcəli pilotların birinci əsas yarışı da gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.

***

Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək.

İlk olaraq “Formula 2″də sprint yarışı keçiriləcək.

Daha sonra “Formula 1″də üçüncü sərbəst yürüş gerçəkləşəcək.

Ardınca iki dərəcəli pilotların ilk əsas yarışı, “Formula 1″də isə sıralama turu baş tutacaq.

Azərbaycan Qran-prisində ikinci günün proqramı

25 sentyabr

08:15. “Formula 2”: Sprint yarışı

12:30. “Formula 1”: Üçüncü sərbəst yürüş

14:15. “Formula 2”: Birinci əsas yarış

16:00. “Formula 1”: Sıralama turu

Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.