Sabiq Formula 1 pilotu və Paralimpiya çempionu Aleks Zanardi 59 yaşında vəfat edib.

O, dünən axşam saatlarlnda dünyasını dəyişib.

İtaliyalı idmançının ailəsi onun ailəsi və dostlarının əhatəsində, sakit şəkildə vəfat etdiyini açıqlayıblar.

Zanardi 1990-cı illərin əvvəllərində Formula 1 yarışlarında iştirak edib. Daha sonra ABŞ-da keçirilən CART çempionatına keçərək 1997 və 1998-ci illərdə çempion olub. 1999-cu ildə isə yenidən Formula 1-ə qayıdıb.

2001-ci ildə Almaniyada baş verən ağır qəza nəticəsində hər iki ayağı amputasiya olunub. Buna baxmayaraq, o, idmana qayıdaraq yarışlara başlayıb. Zanardi 2012-ci ildə London, 2016-cı ildə Rio Paralimpiya Oyunlarında iki dəfə olmaqla ümumilikdə 4 qızıl və iki gümüş medal qazanıb.

Paralimpiya uğurları ilə yanaşı, o, handbike üzrə 12 dəfə dünya çempionu olub və 2011-ci ildə Nyu-York marafonunun para-velosiped yarışının qalibi adını qazanıb.

2020-ci ildə İtaliyanın Toskana bölgəsində keçirilən velosiped yarışında yük maşını ilə toqquşması nəticəsində ağır kəllə-beyin travması almış və uzun illər müalicə olunmuşdu.

İtaliyanın Baş naziri Georgi Meloni onu “böyük çempion və həyatın hər sınağını cəsarət və ləyaqət dərsinə çevirən qeyri-adi insan” adlandırıb.