Almaniya millisinin futbolçusu Florian Virts İspaniyanın “Barselona” klubuna keçmək istəyir.

 Bu barədə “Elnacional” nəşri məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi İngiltərə təmsilçisi “Liverpul”dan ayrılmaq niyyətindədir.

O, “Barselona”nın baş məşqçisi Hans-Diter Flikə də Kataloniya komandasında oynamaq istədiyini deyib. Virts Almaniya yığmasında məhz bu mütəxəssisin rəhbərliyi altında debüt edib.

Xatırladaq ki, Florian Virts 2025-ci ildə 130 milyon avro qarşılığında “Bayer 04″dən “Liverpul”a keçib. Yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə doqquz oyuna çıxıb və üç məhsuldar ötürmə ilə yadda qalıb.