Ermənistanda növbəti parlament seçkilərinin keçiriləcəyi dəqiq tarix məlum olub.

Bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçatryan seçkilərin təyin edilməsi haqqında müvafiq fərman imzalayıb.

Sənədə əsasən, Ermənistan Milli Assambleyasına (parlament) növbəti seçkilər 7 iyun 2026-cı il tarixində keçiriləcək.

Xatırladaq ki, 2021-ci ilin iyununda keçirilən sonuncu növbədənkənar seçkilərdə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası qalib gəlmişdi.