Nəriman Axundzadəni «Kolumbus Kru»ya satan «Qarabağ»ın daha bir oyunçusuna yeni təklif gəlib. Daha dəqiq desək, təkliflər.
Sportinfo xəbər verir ki, Elvin Cəfərquliyev İtaliya, Almaniya və Fransadan olan klubların transfer siyahısındadır.
Ağdam təmsilçisi adıçəkilən müdafiəçini satarsa, 3 milyon avro qazana bilər. Çünki ona dəvət göndərən Avropa komandalarından biri «köhlən atlar»a bu qədər təzminat ödəməyə hazırdır.
Sol cinah oyunçusunun «Qarabağ»la kontraktı gələn ilin yayında başa çatacaq. 2017-ci ildən burada çıxış edən 25 yaşlı Cəfərquliyev istəsəydi, əslində, çoxdan səsi «köhnə dünya»dan gələrdi.
İndiyədək ona o qədər çağırış gəlib ki! Heç birini dəyərləndirməyib.
Leandro Andrade də Asiyadan çox sərfəli təklif alıb. Kabo-Verde yığmasının üzvünün son vaxtlar zəif təsir bağışlamasının səbəbi də budur.
«Çelsi» ilə matçda adını tabloya yazdırmış yarımmüdafiəçi o vaxtdan bəri yaxşı mənada fərqlənə bilmir
