Aparıcılar Tarix Əliyevlə Elgiz Əkbərin verilişinin yayımının dayandırıldığı bildirilir.

Son günlər sosial şəbəkələrdə aparılan müzakirələr və qalmaqallardan sonra bu qərar verilib.

Qeyd edilir ki, Elgizin həftəiçi hər gün ARB-də yayımlanan “Elgizlə izlə”, Tolikin isə “Space” TV-də ekrana gələn “Tarixin bir günü” proqramı bağlanıb.

Məsələ ilə bağlı aparıcıların özləri ilə əlaqə saxlanılmağa çalışılsa da, onlar zənglərə cavab verməyib.