Roma Papası XIV Leo zorakılığın dayandırılmasına çağırış edib və dialoq üçün imkanların yaradılmasını tələb edib.
Müqəddəs Pyotr meydanında keçirilən “Angelus” duası zamanı çıxış edən Papa XIV Leo İran və bütün Orta Şərqdən dərin narahatlıq doğuran xəbərlərin gəlməyə davam etdiyini bildirib.
Papanın sözlərinə görə, mövcud münaqişə bölgədə qorxu və nifrəti artırır. O, həmçinin qarşıdurmanın daha da genişlənərək “əziz Livan” da daxil olmaqla digər ölkələri də öz ağuşuna almasından ciddi narahatlığını ifadə edib.
Pontifik sülhün təmin olunması üçün dua etməyə çağırıb:
“Gəlin Rəbbimizə təvazökarlıqla dua edək ki, bombaların nəriltisi kəsilsin, silahlar sussun və xalqların səslərinin eşidilə biləcəyi dialoq üçün mühit yaradılsın”.
