Müğənni İbrahim Borçalı verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.

Sənətçi dostları ilə bağlı maraqlı fikirlər səsləndirib. O, bildirib ki, ətrafında pulu yığıb saxlayan, xərcləməyə çəkinən insanlar var və bu mövzu ətrafında onlara tez-tez irad bildirir:

“Elə dostlarım var ki, pulu ütüləyib saxlayırlar. Birlikdə oturanda deyirəm ki, babalarımızdan qalan bir kəlmə var: ‘Yesən dadındı, versən adındı, saxlasan da yadındı’. Pulu xərclə, çox yığma”.

İbrahim Borçalının bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri müğənninin fikirləri ilə razılaşaraq həyatın dadını çıxarmağın vacibliyini vurğulayıb, digərləri isə qənaətin də önəmli olduğunu bildirib.