İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem 2026-cı il Dünya Çempionatının pley-off mərhələsində tarixi uğura imza atıb.

23 yaş 12 günlük futbolçu turnirin ardıcıl iki pley-off oyununda fərqlənib. Bellinqem əvvəlcə 1/8 finalda Meksika ilə görüşdə, daha sonra isə 1/4 finalda Norveçlə matçda rəqib qapısına yol tapıb.

Bellinqem bununla DÇ tarixində pley-off mərhələsinin ardıcıl iki oyununda qol vuran ikinci ən gənc futbolçu olub.

Bu göstəricidə rekord Braziliya futbolunun əfsanəsi Peleyə məxsusdur. O, 1958-ci il Dünya Çempionatında 17 yaş 249 günlüyündə yarımfinalda Fransa üzərində 5:2 hesablı qələbədə het-trik edib, finalda isə İsveçə qarşı eyni hesabla başa çatan görüşdə dubla imza ataraq bu nailiyyəti reallaşdırmışdı.