Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası təsdiqlənib.

Bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, sertifikatlaşdırmanı Mədəniyyət Nazirliyi təşkil edəcək.