Çində mart ayında  avtomobillərin topdan satışı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% azalaraq 2,899 milyon ədəd təşkil edib.

Ölkə.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyası (CAAM) məlumat yayıb.

Buna baxmayaraq, yeni enerji mənbələri ilə işləyən avtomobillərin (NEV) satışı 1,2% artaraq 1,252 milyon ədədə yüksəlib.

Hesabat dövründə Çin 875 min avtomobil ixrac edib ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 72,7% çoxdur. NEV avtomobillərinin xaricə satışı isə rekord həddə – 371 min ədədə çataraq 2,3 dəfə artıb.
İlin ilk rübündə isə ümumi avtomobil satışları 5,6% azalaraq 7,05 milyon ədəd olub. NEV satışları da 3,7% geriləyərək 2,96 milyon ədəd təşkil edib.