Yunanıstanın AEK komandası Macarıstan millisinin futbolçusu Barnabaş Varqanı transfer edib.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilə qədər müqavilə imzalanıb.

Futbolçu son olaraq ölkəsində “Ferentsvaroş”un formasını geyinib və cari mövsüm ölkə çempionatında 17 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Varqa bundan əlavə, UEFA Çempionlar Liqasında 6 görüşdə 6 qol, Avropa Liqasında isə 6 qarşılaşmada 4 qolla diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Barnabaş Varqa 6 qoldan ikisini bu mövsüm qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsində “Qarabağ”a qarşı keçirilən oyunlarda vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir