Tikinti sahəsində fəaliyyət göstərən “Royal Construction” şirkəti xeyli miqdarda cərimələnib.

xeberler.info Teleqraf-a istinadən xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin tələblərini pozub.

Belə ki, əmək müqaviləsi olmadan işçi çalışdıran şirkət barədə protokol tərtib edilib. Məlum olub ki, “Royal Construction” Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində tikinti fəaliyyəti ilə bağlı çalışan əməkdaşları ilə əmək müqaviləsi imzalamayıb.

Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, “Royal Construction” 20 min manat məbləğində cərimələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir