Bu barədə “People” jurnalı məlumat yayıb.
Qeyd edilib ki, Lonq Aylend sakini 67 yaşlı Maykl Larkinə bu xəstəliklə bağlı diaqnoz qoyulub. O, həyətində işləyərkən ayağında iki “Lone Star” gənəsi aşkar edib. Qısa müddət sonra Larkində şiddətli ağrı və halsızlıq yaranıb və o, xəstəxanaya yerləşdirilib.
Nəşrin məlumatına görə, “Burbon” virusu ilk dəfə 2014-cü ildə Kanzas ştatının Burbon dairəsində aşkar edilib. O vaxtdan bəri yoluxma halları yalnız Orta Qərbdə, Şərq Sahilində və ABŞ-ın cənubunda qeydə alınıb. Onun simptomlara qızdırma, yorğunluq, ümumi bədən ağrıları, səpgi, ürəkbulanma və qusmadan ibarətdir. Belə ehtimal edilir ki, bu virus gənə vasitəsilə ötürülür. Hələlik virusa qarşı peyvənd və ya hansısa təsirli dərman vasitəsi yoxdur. Virusa yoluxmaqla bağlı dədiq diaqnoz qoymaq isə çətindir.
