Böyük bədbəxtlik gətirən sərvət – Psixoloq qorxulu sindromun fəsadlarından danışdı
Bu barədə “Bloomberg” agentliyi psixoloqlara istinadla yazır.
Nəşr qeyd edir ki, biznesini satdıqdan sonra gözlənilmədən varlanmış sahibkarların ətrafında kəskin zənginləşmənin nəticələrinin öhdəsindən gəlməyə kömək edən bütöv bir məsləhətçilər sənayesi formalaşır.
Materialın qəhrəmanlarından biri – şirkətini birtəfəlik ödənişlə doqquzrəqəmli məbləğə satan proqram təminatı startapının təsisçisi Anastasiya Korolyova gözlənilən rahat həyat əvəzinə illərlə davam edən həyəcan və ağrılı boşanma ilə üzləşib.
“Hər şey gözlədiyimizdən tamamilə fərqli çıxdı və bu, mənim üçün əsl şok oldu. Yeni reallığa çox çətin adaptasiya dövründən keçməli oldum”, – deyə o bölüşüb.
Oxşar hekayələri digər nəşrlər də yayımlayırlar. Belə ki, britaniyalı sahibkar Endryu Halbert “Pareto Facilities Management” şirkətini on milyonlarla funt sterlinqə satdıqdan sonra “The Times” qəzetinə etiraf etmişdi ki, kəskin zənginləşmə sevinc deyil, onun üçün günahkarlıq hissi və həyəcanla nəticələnib; sövdələşmədən dərhal sonra aldığı idman avtomobilini o, sonradan zərərlə satıb.
Oxşar effekti “Quartz” da təsvir edir: “SpaceX”, “OpenAI” və “Anthropic”in gözlənilən İPO-ları fonunda texnoloji şirkətlərin təqribən 12 min əməkdaşı multimilyonçu ola bilər.
