Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən qətl hadisəsi qeydə alınıb.

Hadisə rayonun Kərgəlan kəndində qeydə alınıb.

İlkin məlumatlara görə, 1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşını güllələyərək öldürüb. Daha sonra o, eyni silahla özünə atəş açaraq həyatına son qoyub.

Faktla bağlı araşdırma aparılır.