Bilgəhdə 2 nəfər dənizdə batdı – Axtarışları davam edir

1789826542_1785689197_1785261181_1783005901_1781894239_2023_07_12_624269_suda-bogulma

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 2 nəfər dənizdə nəzarətsiz ərazidə batıb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.