Ermənistanın Minskdəki  müvəqqəti işlər vəkili Artur Sarkisyan Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb .

Məlumatda qeyd oolunur ki, Ermənistan diplomatına sərt etiraz bildirilib və Yerevanın son qeyri-dost hərəkətləri ilə bağlı müvafiq nota təqdim edilib.

Xatırladaq ki, Ermənistan Parlamentinin spikeri Alen Simonyan Rusiyanı Ermənistanda hökuməti dəyişdirmək üçün siyasi əməliyyat təşkil etməkdə ittiham edib. O, Belarusun  Rusiyadan “idarə olunduğunu” bildirib.