Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yüksək vəzifəli rəsmisi bazar günü “The Jerusalem Post” qəzetinə müsahibəsində ölkəsinin İrandakı duzsuzlaşdırma zavoduna zərbə endirdiyi barədə yayılan məlumatları təkzib edib.
Rəsmi şəxs BƏƏ-nin mülki obyektlərə zərbə endirməyəcəyini bildirib.
Onun sözlərinə görə, belə bir addım atılacağı təqdirdə hədəf hərbi obyekt olardı.
Eyni zamanda İsrail Müdafiə Qüvvələri də sözügedən zərbə ilə əlaqələrinin olmadığını bəyan edib.
Xatırladaq ki, bundan əvvəl İsrailin “Ynet” nəşri iddia edirdi ki, Birləşmiş Ərəb Əmirlikləri bazar günü İslam Respublikasının Əmirliklərə qarşı çoxsaylı raket və pilotsuz təyyarə hücumlarına cavab olaraq İranın duzsuzlaşdırma zavoduna zərbə endirib.
