“Barselona” prezidenti Xuan Laporta vəzifəsindən istefa verib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Xuan Laporta martın 15-də keçiriləcək Direktorlar Şurasına seçkilərdə iştirak etmək hüququ qazanmaq üçün bu addımı atıb.
Bu, “Barselona”da yeganə istefa olmayıb. Belə ki, Xuan Laporta ilə bərabər İdarə Heyətinin bir neçə üzvü də istefa verib.
Qeyd edək ki, 30 iyuna qədər klubun idarəetməsini birinci vitse-prezident Rafael Yuste, vitse-prezident Xosep Kubells və başqaları həyata keçirəcək.
