Bəhreyn təhlükəsizlik qüvvələri İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məlumat toplayaraq ötürməkdə şübhəli bilinən beş nəfəri saxlayib

TASS xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, həmçinin İrandakı terror elementləri vasitəsilə SEPAH-a gizli məlumat toplamaq və ötürmək, habelə Bəhreyn rəsmilərinə qarşı sui-qəsdlər həyata keçirmək üçün terrorçuları cəlb etməkdə iştirak edən qrupdan altıncı şəxsin şəxsiyyəti müəyyən edilib.