Bu ilin fevral ayının 1-nə olan məlumata görə Azərbaycanda 279,3 min nəfər işsiz şəxs olub.
Valyuta.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 min nəfər azalıb.
Onu da bildirək ki, yanvar ayında olan məlumata görə iqtisadi fəal əhalinin sayı 5 milyon 384,9min nəfər olub, onlardan 5 milyon 105,6 min nəfərini məşğul əhali təşkil edib.
