Bu gün Azərbaycan qazı 16 ölkəyə tədarük edilir ki, onların da 10-u Avropa İttifaqının üzvüdür. bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, bu, Azərbaycanın neft və neft məhsulları tədarük etdiyi ölkələrin sayı isə daha da çoxdur:
“Uzunmüddətli tərəfdaşlıqlar yeni investisiyalar və təkrar investisiyalar yaratmaqda davam edir və ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti mənfəətlərini yenidən bura yatırmağı seçirlər. Bu investisiyalar xüsusilə ənənəvi enerji istehsalı ilə yanaşı, həm də bərpa olunan enerji sahəsinə yönəldilir. Biz qəti şəkildə inanırıq ki, investorlar öhdəlik götürdükləri şərtlərin uzunmüddətli və qalıcı olacağına əmin olmalıdırlar”

“Bizim “Əsrin müqaviləsi” adlandırdığımız və 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dünyanın aparıcı beynəlxalq enerji şirkətlərinin konsorsiumu ilə imzalanmış saziş Azərbaycan ilə qlobal enerji nəhəngləri arasında güclü bir əməkdaşlıq modeli yaratdı. Artıq otuz ildən çoxdur ki, tərəfdaşlarımızla əl-ələ verib birgə çalışaraq, biz yalnız öz ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməklə kifayətlənməmişik, həm də regionun və onun hüdudlarından kənarda yerləşən bir sıra ölkələrin etibarlı enerji təchizatçısı kimi çıxış etmişik”, – deyə nazir qeyd edib.