Azərbaycan və Türkiyə münasibətlərinin bənzəri yoxdur. Bu münasibətlər qardaşlığa, dostluğa əsaslanır, ən əsası, iki ölkə başçısı arasında səmimi münasibətlər mövcuddur.

xeberler.info xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir diqqətə çatdırıb ki, Türkiyə hər zaman Azərbaycana siyasi və mənəvi dəstək göstərib:

“Ötən 5 il ərzində sülh prosesiylə bağlı Türkiyə ilə tam koordinasiyalı fəaliyyət nəticə verməkdədir. Hakan Fidan da bildirib ki, Ermənistanla münasibətlərin inkişafı Azərbaycan-Ermənistan münasibətindən asılıdır. İrəvana reyslərin sayının artırılması ilə bağlı Azərbaycan aylar öncə məlumatlı idi”.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir