Tehranla bağlanan müqavilənin əslində ABŞ-ın İranın şərtlərinə görə təslim olması deməkdir.
Bunu amerikalı Demokrat senator Kris Merfi (Konnektikut ştatından Demokrat) X (tviter) səhifəsində yazıb.
“Kim bilir ki, yekun razılaşma əldə olunacaqmı? Amma əgər əldə olunarsa, iki şey eyni anda doğru olacaq: bu, əslində İrana təslim olmaqdır və biz buna sevinməliyik, çünki bu dəli, qanunsuz müharibə davam etdikcə hər gün daha da zəifləyirik”, – Merfi yazıb.
Senator əlavə edib ki, şərtlər nə qədər alçaldıcı olsa da, bu fəlakətli müharibənin sonu yaxşı bir şeydir: “Amma səhv etməyin: bunlar İranın şərtləridir. Onlar tək bir güzəştə getdilər: Hörmüz boğazını açmaq. Və bu, hətta güzəşt də deyil, çünki boğaz müharibədən əvvəl açıq idi! İndi isə İran ABŞ-ın onu bağlamaqdan çəkindirə bilməyəcəyini sübut etdikdən sonra onun təsiri artır”.
O, həmçinin qeyd etdi ki, İranın aktivlərinin dondurulmasının ləğvi faktiki olaraq Vaşinqtonun boğazın açılmasına görə Tehrana pul ödəyəcəyi deməkdir. Merfi onu da əlavə edib ki, İran heç bir yeni güzəştə getməyib: “Nüvə silahı hazırlamamaq vədi Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planında (BHFP) təsbit edildiyi kimi, belə hesab edilə bilməz”.
Senatorun sözlərinə görə, Tramp administrasiyası bu müharibənin elan edilmiş məqsədlərindən heç birinə nail ola bilməyib. “İran hələ də sərt xətt tərəfdarlarının əlindədir. Amerikanın ən ağır zərbəsindən sağ çıxıb boğazı bağlaya biləcəklərini nümayiş etdirdikdən sonra müharibədən əvvəlkindən daha güclüdürlər. İranın hələ də raketləri, dronları və nüvə proqramı var”, – o yazıb. Merfi həmçinin yekun razılaşmanın heç vaxt imzalanmaması və ABŞ-ın tezliklə hərbi əməliyyatları bərpa etməyə məcbur olma ehtimalının yüksək olduğunu da qeyd edib.
