Aİ (Avropa İttifaqı) Nümayəndəliyi Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Bununla bağlı nümayəndəliyin “X”dəki hesabında paylaşım olunub.
“Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə səmimiyyətlə təbrik edir.
Qoy bu əlamətdar gün qürur, sevinc və sülh, rifah və tərəqqi dolu gələcəyə dair yeni ümidlər gətirsin”, – paylaşımda qeyd olunur.
