SpaceX şirkətinin baş direktoru Elon Mask İranda etiraz aksiyaları nəticəsində internetin kəsilməsinin qarşısını almaq məqsədi ilə Starlink peyk rabitəsini pulsuz edib.
Bolge.az “Bloomberg”ə istinadən xəbər verir ki, iranlılarla təhlükəsiz internetə çıxışı təmin etmək üçün işləyən Amerika təşkilatı olan “Holistic Resilience”-in icraçı direktoru Əhməd Əhmədianın sözlərinə görə, SpaceX İranda Starlink üçün abunə haqqından imtina edib və ölkədəki pristavka sahibləri xidmətdən pulsuz istifadə edə bilərlər.
Bu insanlara iran baş verənləri daha operativ şəkildə beynəlxalq ictimaiyyətə çatdırmağa imkan verəcək.
İnternet monitorinq xidməti NetBlocks-un məlumatına görə, İranda davam edən nümayişlər fonunda etirazlar başlayandan bəri ilk dəfə olaraq ölkə miqyasında internet kəsilib.
