Vaşinqton İranın bütün zənginləşdirilmiş uranını ABŞ-a təhvil verməsində israr edir.
Bunu ABŞ-nin vitse-prezidenti C.D. Vens “Fox News”-ə müsahibəsində deyib.
Vens həmçinin ABŞ-nin İranın Hörmüz boğazını açmaq üçün addımlar atmasını gözlədiyini və bundan imtinanın danışıqların gedişatını kökündən dəyişdirəcəyini bildirib.
Vens qeyd edib ki, Vaşinqton və Tehran arasında son danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə edilib.
