Daha sonra İbrahim Həmidovun qohumu, 42 yaşlı Səbuhi Mamedov tərəfləri ayırmaq üçün araya girib. Bu zaman 17 yaşlı yeniyetmə ona da kəsici alətlə xəsarət yetirib.
Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin Səbuhi Mamedovun həyatını xilas etmək mümkün olmayıb. İbrahim Həmidovun vəziyyəti isə ağır olaraq qalır.
Məlumata görə, münaqişə pul məsələsi ilə bağlı olub. Qonşular bildirirlər ki, Əli Muxtarovla İbrahim Həmidov arasında bu məsələ ilə əlaqədar əvvəllər də mübahisələr yaşanıb.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri keçirilib, rayon prokurorluğunda cinayət işi başlanıb. Əli Muxtarov və onun 17 yaşlı oğlu şübhəli şəxs qismində saxlanılıblar.
