İstanbulda keçiriləcək İran-ABŞ danışıqlarında Prezident Donald Trampın xüsusi elçisi və kürəkəni Cared Kuşner, eləcə də altı regional ölkənin xarici işlər nazirləri iştirak edəcəklər.
“Azad İran” “Telegram” kanalının xəbərinə görə, bu barədə “The Washington Post” qəzeti məlumat verib.
Məlumata görə, danışıqlarda İran nümayəndə heyətinə Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə Stiv Uitkoff rəhbərlik edəcək. Regional iştirakçılar arasında Türkiyə, Qətər, Misir, Səudiyyə Ərəbistanı, Oman və Pakistan xarici işlər nazirlərinin olması gözlənilir.