ABŞ Hörmüz boğazında gəmiləri müşayiət etmək üçün beynəlxalq koalisiya yaratmağı nəzərdən keçirir.
Bunu ABŞ Maliyyə Naziri Skott Bessent Britaniyanın Sky News televiziya kanalına verdiyi müsahibədə bildirib.
“İnanıram ki, ABŞ Hərbi Dəniz Qüvvələri, bəlkə də beynəlxalq koalisiya ilə birlikdə, hərbi cəhətdən mümkün olan kimi gəmiləri müşayiət etməyə başlayacaq”, – o bildirib.
O, həmçinin İranın Hörmüz boğazını minaladığı barədə məlumatları da təkzib edib . Nazirin sözlərinə görə, İran və Çin tankerləri boğazdan keçməyə davam edir ki, bu da minaların olmamasını göstərir.
