Rusiya-ABŞ ikitərəfli münasibətləri hələ də durğunluq vəziyyətindədir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Unutmayaq ki, ikitərəfli münasibətlərimizdə heç bir irəliləyiş yoxdur. Onlar hələ də sıfır səviyyəsindədir. Və hələ də addımlar atılmalıdır, o cümlədən Amerika tərəfindən”, – Peskov bildirib.