Sabah Bakının bir hissəsində qaz olmayacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilir ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sabah saat 09:30-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Maştağa və Savalan qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.