Lənkəran Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Bu barədə icra başçısı Taleh Qaraşov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şahin Novruzov İcra Hakimiyyətinin İnzibati işlər sektorunun müdiri – baş mühasib vəzifəsinə gətirilib.

Xatırladaq ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin İnzibati işlər sektorunun əvvəlki müdiri Rövşən İsgəndərli olub. O, bu ilin mart ayının 4-də dövlət qulluğunda çalışmanın son yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib.