Ərinin xəstəliyinə görə istefa verdi

1779472328_0ae2d4cc44967e3d42db6ceffe826779d946ba28 (1)

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard istefa verib.

Bu haqda “Fox News” məlumat yayıb.

Nəşrin yazdığına görə, o, ərinin xəstəliyi ilə əlaqədar bu qərara gəlib.

Bildirilir ki, Tulsinin ABŞ Prezidenti Donald Trampa göndərdiyi bəyanatda “Təəssüf ki, 2026-cı il iyunun 30-dan etibarən vəzifəmdən istefa verməliyəm. Həyat yoldaşım Abraham bu yaxınlarda sümük xərçənginin son dərəcə nadir formasına tutulub”, – qeyd edilib.