Mayın 8-də Ağdaş Rayon İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ağdaş Heydər Əliyev adına parkda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycanın memarı” adlı konsert proqramı təqdim edilib.

Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra regionun mədəniyyət işçilərinin və incəsənət nümayəndələrinin təqdimatında vətənpərvərlik ruhunda musiqilər səsləndirilib, rəqs nümunələri və şeir kompozisiyaları nümayiş olunub. İştirakçılar tərəfindən maraq və alqışlarla qarşılanan konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.












Esmira Hidayətova, Mingəçevir
