Gəncə-Daşkəsən yolunun Göygöl rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı 2005-ci il təvəllüdlü Ariz Məmmədzadə, 1960-cı il təvəllüdlü Eldar Əliyev müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.