Mingəçevirdə əsaslı təmir və abadlıq işləri başa çatmış məhəlləyə geniştərkibli ictimai baxış keçirilib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, YAP şəhər təşkilatının, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət və şəhid ailələrinin nümayəndələri, mətbuat işçiləri iştirak ediblər.

Məlumat verilib ki, 94-cü məhəllədəki 6 çöxmənzilli binalar əsaslı təmir edilib. 20 Yanvar küçəsindəki 13, 15, 17 saylı, Şəhriyar küçəsindəki 4 saylı və M.Maqomayev küçəsindəki 4, 6 saylı binaların fasad hissələri və bloklarının divarları izolyasiya edilərək rənglənib, plastik pəncərə çərçivələri və şüşəbəndlər salınıb, seyf qapıları qoyulub.

Məhəllədə uşaqlar və böyüklır üçün idman atraksionları quraşdırılıb, iki idman meydançası yaradılıb. Yaşıllıq zolaqlarına 40 ədəd şam və digər həmişəyaşıl ağac tingləri əkilib. Oturacaqlar və kölgəliklər yerləşdirilib, yeni işıqlanma dirəkləri quraşdırılıb. Sahələrə asfalt örtüyü çəkilib, bordürlər düzülüb. Vətəndaşların rahatlığının təmin olunması, asudə istirahət etməsi, uşaqların əylənməsi üçün gözəl şərait yaradılıb.

Qeyd etmək lazımdır ki, Mingəçevirdə ötən illər ərzində şəhər İcra Hakimiyyətinin tədbirlər planına muvafiq olaraq onlarla bu cür layihələr uğurla icra olunub. Şəhərin işıqlanma sisteminin yenidən qurulması, yeni park və xiyabanların salınması, yaşıllıqların genişləndiriıməsi, asfaltlanma işlərinin reallaşması vətəndaşlar tərəfindən razılıqla qarşılanır.

Məhəllə sakinlərinin də iştirak etdiyi tədbirdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, hər bir layihə cənab Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir. Bu həm də dövlətimizin başçısının regionlara göstərdiyi diqqət və qayğının təzahürüdür.

 

Sevindirici haldır ki, həyatımın 40 ili Mingəçevirlə bağlıdr. 40 il bundan əvvəl ali məktəbi bitirib təyinatla Mingəçevirə gələndən sonra mühəndis kimi ayrı-ayrı idarə və müəssisələrdə müxtəlif vəzifələrdə işləmişəm. Şəhər rəhbəri kimi üzərimə böyük məsuliyyət düşür, cənab Pezidentimizin tövsiyə və tapşırıqlarını layiqincə yerinə yetirmək başlıca amalımdır. Əlbəttə, bu işlərin yerinə yetirilməsində idarə, müəssisə kollektivləri, ictimaiyyət nümayəndələrinin dəstəyini və köməyini hər zaman hiss edirəm. Əsas məqsədimiz Mingəçeviri gözəlləşdirmək, insanların məmnunluq hisslərini artırmaqdır. Bu amalla yeni-yeni layihələrin icrasını davam etdirməyi qarşıya məqsəd qoymuşuq. Yaradılan gözəlliyi qorumaq hər kəsin ümdə vəzifəsi olmalıdır.

Tədbir zamanı sakinlər görülən işlərə görə razılıqlarını ifadə edərək istək və arzularını bildirdilər. Bir çox məsələlərə toxunaraq onların yerinə yetirilməsini xahiş etdilər.

Esmira Hidayətova, Mingəçevir