Rusiyanın maraqları və iştirakı nəzərə alınmadan Avropa təhlükəsizlik arxitekturası mümkün deyil.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü qeyd edib ki, Rusiyanın maraqları nəzərə alınmadan və Rusiyanın iştirakı olmadan heç bir Avropa təhlükəsizlik arxitekturası təsəvvür edilə bilməz.
“Yalnız ümid etmək olar ki, bu siyasətçilər qrupu daha praqmatik düşüncəli siyasətçilərə yol verəcək. Lakin, hələlik mənzərə tamamilə məyusedicidir”, Peskov bildirib.
