Hörmüz boğazı yenidən açılsa belə, neft bazarının əvvəlki səviyyəsinə qayıtması üçün bir neçə ay lazım olacaq.

Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

Novak bildirib ki, böhran çox dərindir; bu müddət ərzində bazara yetərli sayda neft çıxarılmayb və Hörmüz boğazında çoxlu sayda gəmi toplanıb:

“Buna görə də,əvvəlki səviyyəni yenidən balanslaşdırmaq və bərpa etmək üçün vaxt lazım olacaq. Bizim fikrimizcə, bu, bir neçə ay çəkəcək”.

Rusiya baş nazirinin müavini neft bazarının dərin böhran içində olduğunu vurğulayıb.