Mingəçevirdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirildi
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Mingəçevir şəhərində növbəti ekoloji təşəbbüs həyata keçirilib. Şəhər İcra Hakimiyyətinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.
Aksiyada şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər bələdiyyəsinin sədri Anar İsmayılov, icra hakimiyyəti başçısının birinci müavini, eləcə də müxtəlif idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.
Tədbir çərçivəsində şəhərin müxtəlif ərazilərində yeni ağaclar əkilərək yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində mühüm addım atılıb. Aksiyanın əsas məqsədi ekoloji tarazlığın qorunması, şəhərin estetik görünüşünün yaxşılaşdırılması və ətraf mühitə diqqətin artırılmasıdır.
Qeyd edək ki, bu cür təşəbbüslər il ərzində davam etdiriləcək.
Esmira Hidayətova, Mingəçevir
