“Kanal D” telekanalı üçün hazırlanan yeni “Haysiyet” serialı ilə bağlı maraqlı detallar üzə çıxmağa davam edir. Layihənin aktyor heyətinə qatılan daha bir məşhur aktrisanın kimliyi artıq dəqiqləşib.
Serialda əsas rollardan birini gənc və istedadlı aktrisa Elifcan Onqurlar canlandıracaq. Aktrisanın hansı obrazla tamaşaçı qarşısına çıxacağı hələlik açıqlanmasa da, onun layihədə mühüm bir xarakterə həyat verəcəyi gözlənilir.
Bununla yanaşı, məlum olub ki, Elifcan Onqurlar digər baş rol ifaçısı Doğukan Güngör ilə tərəf müqabili olmayacaq. Bu isə serialın süjet xəttində bir neçə paralel hadisə xəttinin inkişaf edəcəyinə işarə edir.
Xatırladaq ki, Doğukan Güngör daha əvvəl “Kızılcık şerbeti” serialında canlandırdığı “Fatih” obrazı ilə geniş tamaşaçı rəğbəti qazanmışdı. Lakin aktyor narkotik testinin müsbət nəticələnməsi səbəbindən sözügedən layihədən uzaqlaşdırılmışdı. Bu hadisə həm media, həm də sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
