ABŞ Hərbi Dəniq qüvvələri tərəfindən Hörmüz boğazında ələ keçirilən İran bayrağı altında üzən “TOUSKA” gəmisi ilə bağlı şokedici açıqlama verib.
Bu barədə CNBC-yə açıqlama verən ABŞ Prezidenti Donald Tramp bazar günü ələ keçirilən İran bayrağı altında üzən “TOUSKA” gəmisinin blokadanı pozduğunu və bunun Çindən İrana “hədiyyə” olduğunu iddia etdi.
“Bir az təəccübləndim, çünki Prezident Si Cinpin ilə razılaşma əldə etdiyimizi düşünürdüm”, – Tramp vurğulayıb.
NATO ölkələrini yenə də hədəf seçən Tramp deyib ki, Alyans ölkələrindən fərqli olaraq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər kimi Körfəz ölkələri İran məsələsində daha çox dəstək veriblər.
“Onlar NATO-dan daha yaxşı ölkələrdir”, – ABŞ prezidenti qeyd edib.
Tramp əlavə edib ki, onsuz da onlara ehtiyacımız yox idi, onların bizə ehtiyacı var idi, çünki NATO kağız pələngdirlər. “Mən bunu uzun müddətdir deyirəm”, -Tramp vurğulayıb.
