Bu barədə “HuffPost” nəşrinə danışıb.
Mütəxəssis ilk olaraq hər gün eyni saatda yatıb oyanmağı tövsiyə edir. Onun sözlərinə görə, bu cür sabit rejim orqanizmin lazım olan hormonları düzgün vaxtda ifraz etməsinə kömək edir.
İkinci addım kimi, saat 14:00-dan sonra kofe içməməyi məsləhət görür. Həmçinin yataqda işləmək və ya sosial şəbəkələrdə vaxt keçirməkdən uzaq durmağı tövsiyə edir.
“Yatmazdan əvvəl kitab oxuyun, gündəlik yazın və ya yüngül dartınma hərəkətləri edin. Bu, ürək ritmini azaldır, stress səviyyəsini aşağı salır və bədəni istirahət rejiminə keçirir”, – deyə ekspert bildirib.
O əlavə edib ki, yuxu qaranlıq və sərin otaqda daha keyfiyyətli olur. Bundan başqa, yatmazdan ən azı bir saat əvvəl mavi işıq yayan cihazlardan uzaq durmaq lazımdır.
