Yaxın Şərqə doğru hərəkət edən ABŞ Hərbi Dəniz Qüvvələrinin amfibiya hücum gəmisi “USS Tripoli” ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsul olduğu zonaya çatıb.
Bu barədə CENTCOM-un “X” hesabında məlumat verilib.
“USS Tripoli amfibiya hücum gəmisindəki ABŞ dənizçiləri və dəniz piyadaları 27 martda ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatıblar”, – məlumatda deyilir.
