İranın Bəhreyinə etdiyi hücumlardan sonra ölkədə dron istifadəsi qadağan edilib.

Bu barədə Bəhreynin Daxili İşlər Nazirliyi bəyanat yayıb.

“Milli təhlükəsizlik, ictimai asayişin qorunması və mülki müdafiənin gücləndirilməsi səbəbindən bütün dronların istifadəsi qadağan edilir.

Qadağaya zidd şəkildə istifadə olunan dronların qarşısı alınacaq və məhv ediləcək. Həmçinin qadağanı pozanlar barədə hüquqi tədbirlər görüləcək”, – deyə bəyanatda qeyd edilib.

Açıqlamada bildirilib ki, qadağa növbəti xəbərdarlığa qədər qüvvədə qalacaq.