ABŞ-a məxsus üç B-52 bombardmançı təyyarəsinin Böyük Britaniyadakı Kral Hərbi Hava Qüvvələrinin (RAF) Fairford bazasına eniş etdiyi görüntülənib.

BBC-yə xəbər verir ki, son 72 saat ərzində ABŞ-ın bölgəyə ağır bombardmançı təyyarələr yerləşdirməsi ilə RAF Fairford bazasında hava fəaliyyətində əhəmiyyətli dərəcədə artım müşahidə olunub.

Qeyd olunub ki, ABŞ-ın İrana hücumlarının başlanğıcından bəri ilk dəfə Böyük Britaniyada B-52 bombardmançı təyyarələri görünüb.