Birləşmiş Ərəb Əmirlikləri İran tərəfindən mümkün hücumlara qarşı passiv qalmaq niyyətində olmadığını bəyan edib.

ölkənin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim əl-Haşimi CNN-ə verdiyi müsahibədə BƏƏ-nin öz təhlükəsizliyini qorumağa hazır olduğunu bildirib.

Nazir qeyd edib ki, rəsmi Əbu-Dabi münaqişənin baş verməsini istəməsə də, ölkə özünü müdafiə etmək üçün bütün imkanlara malikdir. Onun sözlərinə görə, vəziyyət tələb edərsə, BƏƏ daha sərt addımlar atmağa da hazırdır.