“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.

“Sent-Ceyms Park” stadionunda İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2:3 hesabı ilə uduzub.

Ev sahiblərinin qollarını Sandro Tonali (5), Joelinton (6) və Sven Botman (52) vurublar. Ağdam təmsilçisinin heyətində isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) diqqət mərkəzinə düşüblər.

İlk matçda da rəqibinə uduzan (1:6) “köhlən atlar” Çempionlar Liqası ilə vidalaşıb.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl” (İngiltərə) – “Qarabağ” matçında hesab yenidən dəyişib.

“Ölkə.az” xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda keçirilən matçda Ağdam təmsilçisi meydan sahiblərinin qapısından ikinci qolu keçirib – 3:2.

57-ci dəqiqədə əllə oyuna görə təyin olunan penaltini Marko Yankoviç yerinə yetirib. Rəqib qapıçı ilk zərbəni geri qaytarsa da, geri dönən topu Elvin Cəfərquliyev qolla tamamlayıb.

 

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl” (İngiltərə) – “Qarabağ” matçında ikinci qol vurulub.

“Ölkə.az” xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda keçirilən matçda “Qarabağ” hesab arasındakı fərqi azaldıb.

“Qarabağ”ın heyətində oyunun 51-ci dəqiqəsində Kamilo Duran top fərqini azaldıb – 2:1.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl” (İngiltərə) – “Qarabağ” matçında ikinci qol vurulub.

“Ölkə.az” xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda keçirilən matçda ev sahibləri hesabdakı üstünlüklərini artırıblar – 2:0.

Joelinton 6-cı dəqiqədə tablonu hərəkətə gətirib.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl” (İngiltərə) – “Qarabağ” matçında ilk qol vurulub.

“Ölkə.az” xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar.

5-ci dəqiqədə Sandro Tonali adını tabloya yazdırıb.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl” (İngiltərə) – “Qarabağ” matçı start götürüb.

“Ölkə.az” xəbər verir ki, qarşılaşma “Sent-Ceyms Park” stadionunda keçirilir.

Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.